25 iyul 2024 at 15:36
Jurnalist kodu: 5564
Xəbər kodu: 85548872
T T
0 Persons
Fransa öz idmançısını “hicab” geyindiyinə görə məhrum etdi!

Tehran - İRNA - Fransada qaçış idman növü üzrə idmançı hicab geyindiyi üçün Paris Olimpiadasının açılış mərasimində iştirak etməkdən məhrum edildi!

Fransalı idmançı Sonkamba Silla bildirib ki, hicablı olması səbəbindən Olimpiadanın açılış mərasimində iştirak etməsinin qarşısı alınıb. Fransa Olimpiya Komitəsi bu problemi həll etmək üçün yollar axtardığını iddia edib.

Olimpiadada 400 metr məsafəyə yarışacaq bu 26 yaşlı qaçışçı açılış mərasiminə qatılmasına qadağa qoyulduqdan sonra İnstaqram səhifəsində yazıb: “Təsəvvür edin ki, ölkənizdə keçirilən Olimpiadaya seçilmisiniz, lakin iştirak etmək hüququnuz yoxdur!”

Fransa Olimpiya Komitəsinin sədri David Lapartiyan bundan əvvəl ölkənin qadın idmançılarının Olimpiada zamanı hicab geyinmək hüququnun olmadığını açıqlamışdı.

Sizin rəyiniz

You are replying to: .